Təhsilverənlərin ixtisasartırma təlimlərinə start verilib.
Peşə təhsili müəssisələrində fəaliyyət göstərən təhsilverənlərin müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarının inkişafına yönəlmiş təlimlər keçirilib.
“Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı”, “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik”, “Kompüterlərin təmiri və xidməti üzrə texnik”, “Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator”, “Kompüter sistem inzibatçısı” ixtisaslarını əhatə edən proqram çərçivəsində iştirakçılar nəzəri və praktiki məşğələlərdə iştirak ediblər.
Təlimləri başa vuran 32 təhsilverən sertifikatla təltif olunub.