Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində karyera üzrə mütəxəssis Məlahət Rəhimova tərəfindən yeni qəbul olunmuş tələbələrlə karyera istiqamətləndirilməsi və ilkin tanışlıq görüşləri keçirilib.
Görüş zamanı tələbələrə peşə təhsilinin imkanları, seçdikləri ixtisas üzrə inkişaf perspektivləri, karyera planlaşdırılması və gələcək əmək fəaliyyəti ilə bağlı məlumatlar verilib. Eyni zamanda tələbələrin maraq və gözləntiləri dinlənilərək onların gələcək karyera yoluna dair ilkin istiqamətləndirmə aparılıb.
Görüşün əsas məqsədi yeni tələbələrin Mərkəzə uyğunlaşmasına dəstək olmaq, onların peşə seçiminə dair baxışlarını daha da inkişaf etdirmək və gələcək karyera hədəflərinin formalaşdırılmasına töhfə verməkdir.
Bu gün öyrən, sabah peşənlə gələcəyini qur!