01 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhər Heydər Əliyev Parkında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “GİNius Qürur Rəngləri” kvest oyunu keçirilib.
Tədbirdə Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri də fəal iştirak ediblər.
Kvest oyunu çərçivəsində gənclər müxtəlif maraqlı mərhələlərdə iştirak edərək strateji düşüncə, çeviklik, komanda işi və milli dəyərlərə bağlı biliklərini inkişaf etdiriblər.
Tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Tələbələrlə iş sektorunun müdiri Elnur Abdullayev də iştirak edib.
Milli dəyərlərimizi yaşadaq, bayrağımızın ətrafında birliyimizi daha da gücləndirək!