Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin…

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin…

30 sentyabr 2026-cı il tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və ictimai fəal gənclərlə görüş keçirilib.

Görüşdə gənclər təşkilatlarının cəmiyyətin inkişafında rolu, gənclərlə iş sahəsində səmərəliliyin artırılması, fəaliyyət istiqamətlərinin təhlili, eləcə də gənclərin dövlət gənclər siyasətinin həyata keçirilməsində məqsədyönlü iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində gənclərin təşəbbüsləri dinlənilib, qarşıdakı dövr üçün birgə fəaliyyət istiqamətləri və əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzini İnzibati-Təsərrüfat işləri üzrə direktor müavini Elnur Muxtarov və istehsalat üzrə menecer Aygün Məmmədova təmsil ediblər.

Şəkillər

Bütün xəbərlər